AZ

"RƏİSİNİ ARADAN GÖTÜRMƏK ÜÇÜN TƏXRIBAT OLA BİLƏR” - "Helikopterin qalıqlarının tapıldığı yerdən də görünür ki..."

“Qarşıdakı 50 gündə İranda sakitlik olmayacaq...”

“İran prezidentinin qəzaya uğramasından təəssüf hissi keçiririk. Məlum olduğu kimi, bu haidsə Azərbaycan Prezidenti ilə sərhəddəki görüşdən sonra baş verib. Görüş çox yaxşı keçmiş, tərəflər qarşılıqlı müsbət mesajlar vermişdilər”.

Bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl İran Prezidenti İbrahim Rəisinin və bir sıra yüksək səviyyəli dövlət rəsmilərinin ölümü ilə nəticələn məlum helikopter qəzasını “AzPolitika”-ya şərh edərkən deib.

Ekspert hadisənin qəza, yoxsa sui-qəsd nəticəsində baş verməsi ilə bağlı deyilənlərlə bağlı öz mülahizələrini bölüşüb: “Burada ağla ilk versiya kimi qəza gəlir. Amma yenə də detallı araşdırma aparılmalıdır. Helikopter Azərbaycan-İran sərhədindən havaya qalxdıqdan sonra görüntülər yayılıb. Hava o qədər dumanlı görünmür. Ehtimal ki, helikopter müəyyən məsafə qət etdikdən sonra dumana düşüb. Aşağı enmək və ya davam etməklə bağlı peşəkar qərar qəbul edə bilməyibər. Əslində burada prezidentin mühafizəçi onu indandıra bilərdi ki, “biz gedirik, amma qarşıda yüksək dağlıq ərazilər var, hava da qaralır və biz enməliyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
50
azpolitika.info

10Mənbələr