AZ

Baxçalıdan XƏBƏRDARLIQ: İranın başına gələn Türkiyənin başına da gələ bilər

Partiyasının iclasında İranda baş verən vertolyot qəzasını dəyərləndirən MHP sədri Dövlət Baxçalı Türkiyədə də oxşar qəzanın baş verə biləcəyi təqdirdə lazımı tədbirlərin artırılması lazım olduğunu bildirib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Dövlət Baxçalı açıqlamasında deyib:

\"Allah eləməmiş, İranın başına gələn fəlakət Türkiyədə də gələ bilər”.

Dövlət Baxçalı İran prezidentinin ölümü ilə bağlı bu cür qiymətləndirmələr edib:

\"Rəisi və onu müşayiət edən nümayəndə heyətini daşıyan helikopterin qəzaya uğraması təyyarədə olan hər kəsin həyatını itirməsinə, qlobal və regional iğtişaşların artmasına səbəb olub. Prezidentə və digər siyasət dövlət xadimlərinə Allahdan rəhmət diləyirəm. İlk açıqlamalardan anlaşılan odur ki, helikopter dağlıq ərazidə qəzaya uğrayıb. Bu qəza və ya təxribatdır? Mən bilmirəm. Regional sülh və əmin-amanlığın ən qısa zamanda aydınlaşdırılması və dumanın aradan qaldırılması zəruridir”.

Nəzrin
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
285
50
azxeber.com

10Mənbələr