AZ

“Ruslar Xarkov vilayətində 8 kilometrdən çox irəliləyə bilməyiblər” – “Məqsəd bufer zonası yaratmaqdır”

Rusiyanın Xarkov vilayətində başlatdığı hücum əməliyyatı getdikcə səngiyir və son iki gündə işğalçı ordunun hər hansı bir yaşayış məntəqəsində irəliləməsi mümkün olmayıb.

“AzPolitika” xəbər verir ki, Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) son hesabatında bu məsələyə xüsusi yer verib və qeyd edib ki, Xarkov vilayətinin şimalında Rusiyanın hücum tempi azalmaqda davam edir.

Bununla yanaşı, amerikalı mütəxəssislərin fikrincə, Xarkov əməliyyatı Putinin istədiyi vaxt Ukraynanın əks-zərbələrindən qorxmadan bu və ya digər istiqamətdə hücum əməliyyatı keçirmək iqtidarında olduğuna dair təsəvvür yaradır.

Analitiklərin fikrincə, bu qənaət yanlışdır və Amerika silahları gələndən sonra vəziyyət ciddi şəkildə dəyişə, hücum edən qruplaşmalar üçün ciddi risklər yarana bilər.

Ekspertlərin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı əks-hücum əməliyyatları keçirmək qabiliyyətinə malik olması son dərəcə vacibdir: “Əks halda, Putin çox güman ki, qələbə qazanana qədər hücum əməliyyatlarını davam etdirməyə və Ukraynanı strateji müdafiəyə məcbur edə biləcəyinə inanacaq”.

ISW qeyd edir ki, rusların Xarkov vilayətinin şimal hissəsindəki sərhəddə irəliləyişi 8 kilometrdən çox deyil və onlar Xarkov vilayətinin dərinliyinə doğru irəliləməkdən daha çox “bufer zonası” yaratmaq niyyətindədirlər.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna hərbçiləri dünən bildiriblər ki, Ukrayna qüvvələri Xarkov vilayətinin şimalında vəziyyəti qismən stabilləşdirib.

Xarkov vilayət administrasiyasının nümayəndələri isə bildiriblər ki, Rusiyanın davamlı atəşi səbəbindən daha əvvəl sərhədin 3-5 kilometrliyində istehkamlar qurmaq mümkünsüz olub. Ona görə də Ukrayna qüvvələri birinci və ikinci müdafiə xəttini sərhəddən müvafiq olaraq 12-13 kilometr və 20 kilometr məsafədə tikiblər.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
50
azpolitika.info

10Mənbələr