AZ

Türkiyədə dövlət çevrilişi cəhdi- Nə baş verəcək? - AÇIQLAMA



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı tərəfindən xəbərdarlıq aldıqdan sonra MİT başqanı və ədliyyə naziri ilə təcili toplantı keçirib. Qeyd edək ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb. Bildirilir ki, artıq Ankara Polis İdarəsininin əməkdaşlarının kütləvi şəkildə işdən çıxarılmasına başlanılıb. Eybi zamanda paytaxtın Baş Prokurorluğu da mümkün çevriliş cəhdi ilə bağlı araşdırma başladıb. 


Xatırladaq ki, qardaş ölkədə bu cür hallar ilk dəfə yaşanılmır və sonuncu dəfə dövlət çevrilişinə cəhd 2016-ci ilin iyun ayında baş vermişdi. Bəs Türkiyədə bu cür hal yenidən baş verə bilərmi? Və belə bir cəhd varsa bunun arxasında kimlər dayanır? 


Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, 2016-cı ildə çevriliş cəhdini görmüş Türkiyədə yenidən bu səviyyədə cəhdin olması ehtimalı azdır, çünki dövlət proseslərə nəzarət edir.


“Lakin dövlət strukturlarında müəyyən şəbəkələşmənin olması istisna edilməməlidir. FETÖ böyük zərbə alsa da, şəbəkənin kamifulyaj olduğu, başqa formada təşkilatlanmağa çalışdığı haqda məlumatlar var. Hazırda baş verdiyi deyilən çevriliş cəhdinin arxasında FETÖ-nün olduğu dəqiq bilinməsə də, fikrimcə, təşkilatın baş verənlərlə bu və ya digər formada əlaqəsi var. Bu cəhdlərin arxasında Qərbdə Türkiyənin mövcud hakimiyyətini qəbul etməyən qüvvələrin olduğu bəllidir. Çevriliş cəhdi haqda məlumatlara son dövrlər baş verənlər fonunda baxmaq lazımdır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ABŞ-yə səfəri ləğv olundu, fikir ayrılığının olduğu haqda məlumatlar var, xüsusilə PKK məsələsində. Ərdoğanın İraqa səfəri Türkiyəni bölgədə gücləndirəcək proseslərin başlanğıcı hesab edilə bilər. Məsələ təkcə PKK-ya qarşı mübarizədən getmir, həm də regional layihələrdə Ankara ön plana çıxır. Aydındır ki, bu siyasət Qərbdə xoş qarşılanmır. Bu baxımdan, çevriliş cəhdi realdırsa, diqqəti Qərbə yönəltmək lazımdır”, - deyə siyasi ekspert vurğulayıb.


Daşqın Həsənov

Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
237
50
missiya.az

10Mənbələr