AZ

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində iki silah aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Məlumata görə, Əliyev Cavid Əlihüseyn oğluna məxsus bir ədəd “TOZ-8M” markalı yivli tüfəng və 1 ədəd “Makarov” markalı pnevmatik tapança Sabirabad rayonu, Qaranuru kənd qəbiristanlığı ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
5
sia.az

10Mənbələr