![Penitensiar](https://1news.az/images/2024/05/16/20240516115400111/thumb.jpg?2024-05-16+11%3A56%3A41)
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Novruzov Nazim Aydın oğluna məxsus 1 ədəd “AK74” markalı avtomat silah və 1 ədəd avtomat sandıqcası Xəzər rayonu, Binə qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.
1news.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.
Faktla bağlı araşdırma aparılır.