AZ

Şimali Koreya 3,6 milyard dollarlıq kriptovalyuta oğurlayıb? - BMT hesabatı

Şimali Koreya 3,6 milyard dollar dəyərində kriptovalyuta oğurlamış ola bilər.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı BMT-nin hesabatında qeyd olunub.

 

Nəşrin əldə etdiyi hesabata görə, Şimali Koreya hakerləri 7 ildir, kriptovalyuta şirkətlərinə kiberhücumlar həyata keçirirlər. BMT sənədində 97 hal var. 2023-cü ilin sonunda kriptovalyuta birjasına edilən kiberhücumda 147,5 milyon dollar oğurlanıb, vəsait 2022-ci ildə ABŞ Xəzinədarlığı tərəfindən sanksiyalaşdırılan kriptovalyuta mikseri "Tornado Cash" vasitəsilə yuyulub.

 

Agentlik bildirib ki, 2019-cu ildə yaradıldığı vaxtdan mikser müxtəlif hakerlər, o cümlədən KXDR tərəfindən dəstəklənən "Lazarus" qrupunun nümayəndələri tərəfindən kriptovalyutaların yuyulması üçün istifadə edilib. 2023-cü ildə "Tornado Cash"in iki həmtəsisçisi 1 milyard dollardan çox pulların yuyulmasına yardım etməkdə ittiham edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
50
modern.az

10Mənbələr