AZ

Avrokomissiya müdafiə layihələrinə 1 milyard avro AYIRIB

Avropa Komissiyası 1 milyard avro dəyərində 54 müdafiə layihəsini maliyyələşdirəcək.

 

Viral.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, seçim Avropa Müdafiə Fondu çərçivəsində 2023-cü il üçün müdafiə sahəsində tədqiqat və təkmilləşdirmə layihələri üçün müraciətlərin qəbulunun nəticələrinə əsasən aparılıb.

 

AK yeni inkişafın bir neçə istiqamətini sadalayıb: kosmosa çıxışı təmin etmək üçün situasiya məlumatlılığının təkmilləşdirilməsi, gələcək əsas döyüş tankı üçün texnologiyalar, böyük ölçülü yüklərin strateji hava daşımaları və əks-dron texnologiyaları.

 

Avropa Müdafiə Fondu 2021-ci ildə Avropa Parlamenti tərəfindən təsdiq edilib. Fond 2027-ci ilə qədər olan dövr üçün təxminən 7,95 milyard avro əldə edib. Bunun 2,65 milyardının tədqiqatlara, 5,3 milyard avronun isə konkret işlərə ayrılması gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
210
1
viral.az

10Mənbələr