AZ

Rusiyanın iqtisadçı müdafiə naziri - "O, hər şeyə nəzarət etməyi xoşlayır"

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin şiddətləndiyi bir vaxtda müdafiə nazirini dəyişməyi qərara alıb. O, bir çoxları üçün sürpriz olan və iqtisadiyyat sahəsində peşəkarlaşmış ağ saçlı Andrey Belousovu müdafiə naziri vəzifəsinə gətirib.

 

Sıfır hərbi təcrübəyə malik olan Belousov iqtisadi bacarıqları ilə yanaşı qayaya dırmanmağı sevməsi və tez-tez pravoslav kilsəsinə getməsi ilə tanınır. Qərbdə onu Ukraynaya qarşı müharibədə müdafiə naziri postunda qəribə bir seçim kimi görürlər.

 

Lakin bəziləri Belousovu sistem daxilində hərəkət etmək üçün kifayət qədər dəstəyə və bacarığa malik olduğunu düşünür.. Bir vaxtlar dövlət üçün böyük şirkətlərdən daha çox pul qoparmaq məqsədilə kampaniya aparan Belousov, görünür, bu bacarığı ilə Putini heyran edə bilib. O, korporativ gəlir vergisi ilə təxminən 300 milyard rubl (3 milyard dollar) toplayıb. Belousovun təyinatı onu deməyə əsas verir ki, Putin Rusiyanı Ukraynada uzunmüddətli müharibəyə hazırlaşdırır.

 

Müharibə zamanı Rusiyanın müdafiə naziri döyüş sahəsinin idarə edilməsini hərbçilərin öhdəsinə buraxmaqla böyük maliyyə axınlarına, iqtisadi və sənaye planlaşdırmasına nəzarət etməlidir. Əvvəllər Rusiya hikmətində onunla eyni komandada işləyən mənbələr "Reuters" agentliyinə deyib ki, Belousov çox mütəşəkkil, sistemli, sərtdir: "O, hər şeyə nəzarət etməyi xoşlayır". Mənbələrdən biri onu "yarı sovet" düşüncəli adam adlandırıb. Onun özəl sektora çox mənfi təsir göstərdiyini dayənlər də var.

 

"Belousov dövlətə - dövlətin ali olduğuna və pulun necə xərclənəcəyinə dövlətin qərar verməsinə inanır. Belousovun çox çətin işi var – yəqin ki, onun orada olması bəzi generalların xoşuna gəlməyəcək", - mənbə qeyd edib. 

 

Belousov Qərbin sanksiyalarına qarşı yollar tapmalı, inflyasiya ilə mübarizə aparmalı və olduqca sərt iş mühitinin olduğu Müdafiə Nazirliyinidə işləməli olacaq.

 

Bəzi müharibə bloqçuları onun bacarıqlarının ordu ilə müdafiə sənayesi arasında endemik korrupsiyanın kökünü kəsməyə kömək edəcəyini düşünür, digərləri onun hərbi təcrübəsinin olmamasını bəyənmir.

 

Namizəd kimi ilk açıqlamasında Belousov əsgərlərin daha yaxşı mənzilə, xəstəxanalara və sosial müavinətlərə ehtiyacı olduğunu söyləyib.

 

Rusiyanın yeni müdafiə naziri ilə bağlı fikirlərini bölüşən qərbli ekspertlər deyir ki, Putin təkcə Ukrayna və Qərbə qarşı texnoloji silahlanma yarışında hərbi sənaye kompleksini gücləndirmək deyil, həm də iqtisadiyyatın digər sahələrini bu sahəyə cəlb etmək istəyir.

 

"Putinin prioriteti müharibədir. Müharibəni iqtisadiyyat qazanır. Belousov büdcədən tələbin stimullaşdırılmasının tərəfdarıdır, bu isə o deməkdir ki, hərbi xərclər ən azı azalmayacaq, əksinə artacaq", - Rusiya Mərkəzi Bankının keçmiş müşaviri Aleksandra Prokopenko özünün "X" hesabında yazıb.

 

Belousov milli pilotsuz uçuş aparatlarınım inkişafı proqramının yaradılmasına kömək edib və 2017-ci ildə Putini rəqəmsal iqtisadiyyat və blokçeynlərin gələcək üçün çox vacib olduğuna inandıranlar arasında olub.

 

Onun döyüş meydanında qərarların qəbulunda iştirak etməyəcəyi ehtimal edilir. Bu qərarları yeni hakimiyyətdə vəzifəsini qoruyan Baş Qərargah rəisi general Valeri Gerasimov və Putin verəcək.

 

Putinin yaxın müttəfiqlərindən biri, sabiq müdafiə naziri Sergey Şoyqu Təhlükəsizlik Şurasının katibi olacaq. Bu yüksək vəzifə onu Putinə daha yaxın edəcək, lakin daha az təsir gücünə malik olacaq.

 

Rusiya Müdafiə Nazirliyi ilə əlaqələri olan müharibə bloqçusu Ribar Belousovun nazirlikdə "təmizlik" işlərinə başlayacağını bildirir. “Belousovun müdafiə naziri təyin edilməsi böyük auditin başlanması və müdafiə qurumu daxilində bütün maliyyə modellərinin restrukturizasiyası deməkdir”, - Rybar bildirib

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
257
50
modern.az

10Mənbələr