AZ

Rusiyanın əsas hədəfi Xarkovdur -Sky News

Ali Radanın “Qolos” partiyasından olan deputatı Kira Rudik Xarkovdakı durumla bağlı həyəcan təbili çalıb. Sky News-un yaydığı məlumata görə, o,  Rusiya ordusunun hücumu fonunda Xarkov vilayətində yaranmış vəziyyəti “xeyli gərgin” adlandırıb.

Rudik qeyd edib ki, Rusiya təmas xəttini genişləndirmək məqsədilə kifayət qədər qoşun və resurslar toplayıb və bu səbəbdən də  Ukrayna üçün “risklər yüksəkdir”. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri “həm Xarkov vilayətini, həm də şəhəri” hədəfə alıb.

“Rusiyanın strategiyası indi diqqətimizi proseslərdən yayındırmaq və cəbhəni genişləndirməkdir. Ona görə də biz müdafiə üçün daha vacib olan tədbirləri seçməli olacağıq. Ancaq bəzi insanların digərlərindən daha vacib olduğunu söyləmək olmaz. Bunun qarşısını almaq üçün qüvvələrimizi toplamalı və generallarımızın parlaq bacarıqlarından istifadə etməliyik”, - Rudik bildirib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son zamanlar isə əsas hücumlar Xarkov istiqamətində olur.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
50
news365.az

10Mənbələr