AZ

"İsveç öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır" - İsveç baş naziri

"İsveç torpağında sülh dövründə daimi qoşunların və ya nüvə silahının yerləşdirilməməsinə zəmanət var, lakin müharibə şəraitində bu, tamamilə başqa məsələdir..."
 
"Əgər Ukrayna NATO-nun üzvü olsaydı, Rusiya tərəfindən hücuma məruz qalmazdı..."
 
İsveçin baş naziri Ulf Kristersonn ölkəsində nüvə silahının yerləşdirilməsinin mümkünlüyünü istisna etməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "İsveç radiosu"nun efirində bəyan edib. Məlumatı "tvnet.lv" nəşri yayıb.
 
Kristersonndan İsveç və  ABŞ arasında hərbi əməkdaşlıq haqqında ikitərəfli müqavilədə İsveç ərazisində nüvə silahının olmasına rəsmi qadağanın olmaması, hərçənd, Norveç və Finlandiya üçün belə qadağanın olması ilə bağlı vəziyyəti şərh etməsi xahiş edilib.
 
"Biz iki layihə hazırlamışıq. Bu layihələrdə deyilir ki, İsveç öz torpağında daimi qoşunların və ya nüvə silahının sülh dövründə olmamasına zəmanət verir", - baş nazir deyib.
 
Eyni zamanda o, deyib ki, müharibə şəraitində "bu, tamamilə başqa məsələdir".
 
"Əgər ən pisi baş verərsə, dünyanın bizim hissəmizdə olan demokratik ölkələri  əlbəttə ki, özlərini nüvə silahının tətbiq edilməsi ilə təhdid edən ölkələrdən müdafiə etmək iqtidarında olmalıdır. 
 
Müharibə şəraitində Şimali Atlantika Alyansı nüvə çətiri əldə edir və bu çətir Rusiyanın nüvə silahına malik olduğunadək mövcud olmalıdır", - baş nazir qeyd edib.
 
Bu zaman o, əlavə edib ki, "İsveçin NATO üzvlüyü və İsveç müdafiəsi belə vəziyyətə imkan verilməməsinə yönəlib".
 
"Əgər Ukrayna NATO-nun üzvü olsaydı, Rusiya tərəfindən hücuma məruz qalmazdı", - Ulf Kristersonn qeyd edib.
 
Rusiya ilə İsveçin ümumi yerüstü sərhədləri yoxdur, lakin birlikdə Baltik dənizinə çıxışı var. 
 
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan sonra 200 il ərzində öz neytrallığını saxlayan İsveç NATO-ya daxil olması üçün sorgu verib. 
 
2024-cü il martın 7-də İsveç rəsmən Şimali Atlantik Alyansının üzvü olub.
 
Xatırladaq ki, aprelin sonunda Polşa prezidenti Anjey Duda bəyan edib ki, nüvə silahının ölkəsinin ərazisində yerləşdirilməsi artıq bir müddətdir ki, Polşa ilə Amerika arasında aparılan danışıqların mövzusudur.
 
Bu bəyanatdan sonra Moskva "lazımi qaydada" buna cavab veriləcəyi ilə təhdid edib.
 
"Bütün bunlar ona gətirib çıxaracaq ki, Rusiya öz hərbi planlaşdırmasında Polşaya və bu ölkənin iştirakı ilə yaranan təhlükələrə xüsusi diqqətlə yanaşılacaq", - bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
 
Kremlin mətbuat katibi Dmitri Peskov əmin edib ki, "rusiyalı hərbçilər cavab addımları atacaq".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50

1Mənbələr

Şərh ()
Bağla