AZ

Azərbaycanda İİV-lə yaşayan şəxslərin sayı açıqlanıb

Azərbaycanda

Bakı, 13 may, AZƏRTAC

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9 598 İİV-lə yaşayan ölkə vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 6 668-si (69,5 faiz) kişi, 2 930-u (30,5 faiz) qadındır.

AZƏRTAC xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.

G.Cəfərova deyib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı vaxtdan 2024-cü ilin birinci rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzinin qeydiyyata götürdüyü ölkə vətəndaşlarından 32,4 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 56,4 faizində heteroseksual, 5,6 faizində homoseksual kontakt nəticəsində, 1,4 faizində anadan uşağa keçməklə baş verib. 4,2 faizində yoluxma yolu müəyyənləşdirilməyib.

Qeyd edək ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
4
azertag.az

7Mənbələr