AZ

Azərbaycanda İİV-lə yaşayan şəxslərin sayı açıqlandı

Bakı. Trend:

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ciildən 2024-cü ilin I rübünün sonunadək Respublika QİÇS-lə MübarizəMərkəzində 9 598 İİV-lə yaşayan ölkə vətəndaşı rəsmiqeydiyyatdadır. Onlardan 6 668-si (69,5 faiz) kişi, 2 930-u (30,5faiz) qadındır.

Trend xəbər verir ki, bunu Respublika QİÇS-lə MübarizəMərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.

G.Cəfərova deyib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİVinfeksiyasının aşkarlandığı vaxtdan 2024-cü ilin birinci rübününsonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzinin qeydiyyatagötürdüyü ölkə vətəndaşlarından 32,4 faizində İİV-ə yoluxmainyeksion narkotik istifadəsi nəticəsində, 56,4 faizindəheteroseksual, 5,6 faizində homoseksual kontakt nəticəsində, 1,4faizində anadan uşağa keçməklə baş verib. 4,2 faizində yoluxma yolumüəyyənləşdirilməyib.

Qeyd edək ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyəbaxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA)regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiyaəsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
6
az.trend.az

7Mənbələr