AZ

Azərbaycandakı İİV xəstələrinin sayı açıqlandı

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9 598 İİV-lə yaşayan ölkə vətəndaşı rəsmi qeydiyyatdadır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.

Onun sözlərinə görə, qeydiyyatda olanlardan 6 668-si (69,5 faiz) kişi, 2 930-u (30,5 faiz) qadındır.

G.Cəfərova deyib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı vaxtdan 2024-cü ilin birinci rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzinin qeydiyyata götürdüyü ölkə vətəndaşlarından 32,4 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 56,4 faizində heteroseksual, 5,6 faizində homoseksual kontakt nəticəsində, 1,4 faizində anadan uşağa keçməklə baş verib. 4,2 faizində yoluxma yolu müəyyənləşdirilməyib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
6
bakivaxti.az

7Mənbələr