AZ

Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı

Çin Prezidenti Si Cinpinin səfərindən sonra Macarıstan Pekinin Vaşinqtonla qarşıdurmada strateji tərəfdaşına çevrilib.

Bu barədə "Financial Times" yazıb.

Nəşrin vurğuladığı kimi, Budapeşt indi Si Cinpinin Pekinin "dostlar dairəsi" adlandırdığı təşkilatın üzvü olub. Bunlar ÇXR-in ABŞ-nin gücünə qarşı çıxmaq səylərini ən çox dəstəkləyən dövlətlərdir.
Nəşr qeyd edir ki, indi möhkəmlənmiş əlaqələr sayəsində Macarıstan Çindən diplomatik və investisiya dəstəyi tələb edə bilər. Münasibətlərin dərinləşməsi isə müəlliflərin yazdığı kimi, geosiyasi mesaj daşıyır.

Xatırladaq ki, Si Cinpin mayın 5-dən 10-dək Avropa turunda olub. Səfər zamanı o, Fransa, Serbiya və Macarıstana baş çəkib.(oxu.az)

Seçilən
168
8
1

1Mənbələr

Şərh ()
Bağla