AZ

Çin lideri ABŞ-a qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı

Çin Xalq Respublikasının Sədri Si Cinpinin səfərindən sonra Macarıstan Pekinin Vaşinqtonla qarşıdurmada strateji tərəfdaşına çevrilib.

Bu barədə “Financial Times” yazıb.

Nəşrin vurğuladığı kimi, Budapeşt indi Si Cinpinin Pekinin “dostlar dairəsi” adlandırdığı təşkilatın üzvü olub. Bunlar ÇXR-in ABŞ-ın gücünə qarşı çıxmaq səylərini ən çox dəstəkləyən dövlətlərdir.

Nəşr qeyd edir ki, indi möhkəmlənmiş əlaqələr sayəsində Macarıstan Çindən diplomatik və investisiya dəstəyi tələb edə bilər. Münasibətlərin dərinləşməsi isə müəlliflərin yazdığı kimi, geosiyasi mesaj daşıyır.

Xatırladaq ki, Si Cinpin mayın 5-dən 1-dək Avropa turunda olub. Səfər zamanı o, Fransa, Serbiya və Macarıstana baş çəkib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
8
korrespondent.az

9Mənbələr