AZ

SABAHDAN PARLAMENT QARŞISINDA FASİLƏSİZ ETİRAZ AKSİYASI...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Gürcüstanda başabəla "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları bazar ertəsi, mayın 13-də deputatların parlamentə daxil olmasının qarşısını almaq üçün sabahdan parlamentdə gecələmə elan edəcəklər.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Avropa meydanında davam edən etiraz aksiyasının iştirakçıları məlumat veriblər. Bundan əlavə, təşkilatçılar artıq sosial şəbəkədə müvafiq məlumat yayıblar. Məlumatda deyilir: “Vətən sevgisindəki yorulmaz birliyimizlə - gecəni birlikdə gecələyək, xəyalpərəst deputatların parlament binasına daxil olmasına, xalqın, Avropa Birliyinin və Konstitusiyanın iradəsinə zidd hərəkətlərə davam etməsinə imkan verməyək”.
 “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəyə çıxarılması üçün parlamentin Hüquq Məsələləri Komitəsinin iclası mayın 13-ü, saat 9:00-a təyin edilib.

Seçilən
85
22
1

1Mənbələr

Şərh ()
Bağla