AZ

Tiflisdə Rusiya bayrağı yandırıldı

Bu gün Gürcüstanın paytaxtı Tiflisdə parlament binası önündə "Xarici agentlər haqqında" qanuna etiraz edənlər Rusiya bayrağını yandırıblar.

Qalmaqallı qanuna etiraz edən nümayişçilər Rustaveli prospektini bağlayıblar. Etirazçılar Rusiya bayrağını, həmçinin hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının loqosu olan bayrağı yandırıblar.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib və bu qanun AB-nin ölkənin Avropa Birliyinə inteqrasiyasını dayandırmaq təhlükəsi ilə bağlı sərt bəyanatlarına səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyduğunu bildirib. \\Axar.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
50
hurriyyet.az

10Mənbələr