Bu gün Gürcüstanın paytaxtı Tiflisdə parlament binası önündə \"Xarici agentlər haqqında\" qanuna etiraz edənlər Rusiya bayrağını yandırıblar.
AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, qalmaqallı qanuna etiraz edən nümayişçilər Rustaveli prospektini bağlayıblar.
Etirazçılar Rusiya bayrağını, həmçinin hakim Gürcü arzusu - Demokratik Gürcüstan Partiyasının loqosu olan bayrağı yandırıblar.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti \"Xarici təsirin şəffaflığı haqqında\" qanunu üçüncü oxunuşda qəbul edib və bu qanun AB-nin ölkənin Avropa Birliyinə inteqrasiyasını dayandırmaq təhlükəsi ilə bağlı sərt bəyanatlarına səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyduğunu bildirib.