AZ

Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər

İtaliyanın \"Napoli\" klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını Fransa təmsilçisi PSJ-də davam etdirə bilər.

Gürcüstanlı futbolçu Paris klubunun əsas transfer hədəfidir.

PSJ-nin nümayəndələrinin artıq Kvaratsxeliyanın yaxın ətrafı ilə görüşdükləri, futbolçunun da Liqa 1 təmsilçisinə keçməyə müsbət yanaşdığı bildirilib.

Qeyd edək ki, X.Kvaratsxeliya 2022-ci ildə 10 milyon avro qarşılığında Batumi \"Dinamo\"sundan \"Napoli\"yə transfer olunub. Bu mövsüm o, neapolluların heyətində meydana çıxdığı 42 oyunda 10 qola, 9 məhsuldar ötürməyə imza atıb. 23 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
 
///report
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
6
azxeber.com

7Mənbələr