AZ

“Paşinyanı əvəz edəcək şəxslə bağlı müzakirə aparılır, ad açıqlanacaq” –Keşiş Baqrat Qalstanyan

“Baş nazirin adı ilə bağlı hələ də razılıq yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri İrəvanda keçirilən etiraz aksiyasına başçılıq edən  Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan bildirib.

Onun sözlərinə görə, məsələ parlamentdəki fraksiyalarla müzakirə olunacaq, müəyyən məsləhətləşmələr aparılacaq. “Bütün siyasi meydan bu şəxsin ətrafında birləşəcək və onun kim olduğu açıqlanacaq”, – deyə keşiş vurğulayıb.

O deyib ki, parlamentdəki müxalifət fraksiyası ilə müzakirələr aparılır.

Keşiş qeyd edib ki, müxtəlif adlar müzakirə olunur.

“Bizim hərəkat indiyədək siyasi proses olmayıb. İndi, fikrimizcə, hər şey siyasi xadimlərin məsləhətləşmələrinin nəticələrinə əsasən planlaşdırılmalıdır. Dünən parlament üzvləri ilə görüşməyə çalışdıq ki, proseslər necə gedə bilər. Onlar prosesi davam etdirməyə hazırdırlar və qanuni şəkildə başa çatdırmağa çalışırlar. O zaman baş nazirliyə namizəd lazım olacaq. Yəqin ki, bundan sonra hər şey açıqlanacaq”.

Qey edək ki, dünəndən etibarən İrəvanda delimitasiyaya qarşı etiraz aksiyası başlanıb.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
20
Mənbələr
Şərh ()
Bağla