AZ

Təxribatçı keşiş İrəvanın mərkəzində genişmiqyaslı mitinq ELAN ETDİ

“Vətən uğrunda Tavuş” hərəkatı İrəvanın mərkəzində genişmiqyaslı mitinq elan edib.

Musavat.com “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan kilsədə keçirilən iclasda deyib.

Onun sözlərinə görə, hərəkatın nümayəndələri və tərəfdarlarından ibarət kiçik bir qrup yaxın vaxtlarda kənd sakinlərinə dəstək olmaq üçün Kirantsa gedəcək.

Qalstanyan qeyd edib ki, bu gün partiya və təşkilatlarla görüşlər keçirib.

Cümə günü də hərəkata qoşulan həkim və müəllimlərlə görüş nəzərdə tutulub.

Yaxın vaxtlarda zabitlər, iqtisadçılar, təhsil mütəxəssisləri ilə görüşlər nəzərdə tutulub. Şənbə günü səhər isə hərəkat rəhbəri siyasi qüvvələrin nümayəndələrini görüşə dəvət edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
30
musavat.com

10Mənbələr