AZ

"Ermənistan müxalifəti keşiş Baqrat Qalstanyanın işə yaramadığını anlamağa başlayıb" - ELXAN ŞAHİNOĞLU

"Paşinyan tələsməlidir, nə qədər ki, reytinqi aşağı enməyib Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına nail olmalıdır"

"Erməni keşiş Baqrat Qalstanyan mitinq və küçə yürüşlərinə fasilə vermək məcburiyyətində qalıb. Kütləvilik alınmadı. Keşiş növbəti mərhələdə küçədən otaq müzakirələrinə keçməyi planlaşdırır, o müxalifət nümayəndələri ilə görüşlərə start veriləcək". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, bu mərhələ də nəticə verməyəcək: "Müxalifət keşişin işə yaramadığını anlamağa başlayıb. Baş nazir Nikol Paşinyan keşiş və onun arxasınca gedənlərdən narahat olsaydı, Danimarkadakı konfransa getməz, İrəvanda qalardı. Müxalifət keşişi də xərcləyəndən sonra Paşinyana qarşı müqaviməti davam etdirmək üçün başqa alternativ axtarmalı olacaq. Əslində, müxalifət İkinci Qarabağ müharibəsinən sonra Paşinyanı devirmək üçün mümkün bütün alətlərdən istifadə edib, heç biri nəticə verməyib. Bunun sadə səbəbi var, cəmiyyətin əksər hissəsi radikalların arxasınca getmək istəmir. Ancaq Paşinyan da tələsməlidir, nə qədər ki, reytinqi aşağı enməyib Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına nail olmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
241
50
hurriyyet.az

10Mənbələr