AZ

Ukrayna pilotsuz təyyarəsi Belqorod vilayətinə hücum edib

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Malinovka kəndinə kamikadze pilotsuz uçan aparatı ilə hücumu nəticəsində yük maşını zədələnib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında yazıb.

 

“Allaha şükürlər olsun ki, dinc sakinlərdən xəsarət alan olmayıb. Partlayış nəticəsində yük maşını zədələnib”, - deyə rayon rəhbəri bildirib.

 

Mayın 7-də Rusiya Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Belqorod vilayəti ərazisi üzərində Ukrayna təyyarəsi tipli pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini bildirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
50
oxu24.com

10Mənbələr