AZ

Sərxoş sürücü avtomobilini dayanacaqdakı piyadaların üzərinə sürdü - VİDEO

Qazaxıstanın Almatı vilayətində sərxoş sürücünün idarə etdiyi “ZİL-131” markalı yük avtomobili və piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə regionun yol polisinin rəisi Baurjan Alenov “Facebook”da yazıb.

“Sürücü patrul əməkdaşlarının “dayan” tələbinə məhəl qoymayıb və təqibdən qaçmağa cəhd edib. Nəticədə yük maşını idarə edən 49 yaşlı kişi sürətlə Almatı-Jetigen yolunun 32-ci kilometrində avtobus dayanacağına çırpılıb. Qəza nəticəsində iki nəfər ölüb, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib”, - deyə yol polisi rəisi açıqlayıb.

Tibbi ekspertizanın nəticələrinə görə, qanun pozucusu nəqliyyat vasitəsini orta dərəcədə sərxoş vəziyyətdə idarə edib.

 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
270
10
bizim.media

10Mənbələr