AZ

Qazaxıstanda sərxoş sürücü avtomobilini dayanacaqdakı piyadaların üzərinə sürüb, ölənlər var

Qazaxıstanın Almatı vilayətində sərxoş sürücünün idarə etdiyi “ZİL-131” markalı yük avtomobili və piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə regionun yol polisinin rəisi Baurjan Alenov feysbukdabildirib.

“Sürücü patrul əməkdaşlarının “dayan” tələbinə məhəl qoymayıb və təqibdən qaçmağa cəhd edib. Nəticədə yük maşını idarə edən 49 yaşlı kişi sürətlə Almatı-Jetigen yolunun 32-ci km-də avtobus dayanacağına çırpılıb. Qəza sonucunda iki nəfər ölüb, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib”, – yol polisi rəisi açıqlayıb.

Tibbi ekspertizanın nəticələrinə görə, qanun pozucusu nəqliyyat vasitəsini orta dərəcədə sərxoş vəziyyətdə idarə edib.

Faktla bağlı cinayət işi açılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
264
10
ikisahil.az

10Mənbələr