AZ

Hər il 1 milyondan çox insan yol qəzalarında ölür

Dünyada hər il yol qəzalarında 1 milyondan çox insan ölür.

"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabat yayımlayıb. 

Qurum 108 ölkədən yol hərəkəti təhlükəsizliyinə dair məlumatları toplayıb. Məlumata görə, 5-29 yaşlı insanların ölümünün əsas səbəbi yol-nəqliyyat hadisələri olmaqda davam edir. Yol-nəqliyyat hadisələri hər il ciddi maliyyə itkilərinə səbəb olsa da, əksər ölkələrin ümumi daxili məhsulunun 3 faizini təşkil edir.

1999-cu ildə yol-nəqliyyat hadisələri nəticəsində ölən və yaralananların "insan səbəbli sağlamlıq böhranı" kimi dünya miqyasında tanınması əsasında qurulan "Qlobal Yol Təhlükəsizliyi Tərəfdaşlığı"nın (GRSP) Baş İcraçı Direktoru (CEO) David Cliff qiymətləndirmələr aparıb.  

"Hər il dünyada təxminən 1,19 milyon insan yol qəzalarında ölür, 17,8 milyon insan isə ağır yaralanır", - Kliff hesabata istinadən bildirib.

Yol qəzalarında ölənlərin çoxunun qeydə alınmadığını bildirən Kliff, problemin əsl ölçüsünün tam olaraq bilinmədiyini vurğulayıb. 

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
25
Mənbələr
Şərh ()
Bağla