AZ

Mingəçevirdə kafedə dava – Yaralılar var

Mingəçevirdə kafedə iki nəfər arasında dava düşüb. 

KONKRET.az-ın məlumatına görə, hadisə nəticəsində 1985-ci il təvəllüdlü şəhər sakini Dostuyev Taleh Sabir oğlu döş qəfəsi nayihəsindən kəsici alətlə kəsik-deşik xəsarəti alıb.

Onunla münaqişəyə girən 1986-cı il təvəllüdlü Tərtər rayon sakini Hüseynov Pərviz Mirağa oğlunun isə başının sağ gicgah nayihəsi çapılıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Davanın hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
321
2
konkret.az

10Mənbələr