AZ

Kafedə dava düşdü - Yaralılar var

Mingəçevirdə kafedə iki nəfər arasında dava düşüb. 

Milli.Az unikal-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1985-ci il təvəllüdlü şəhər sakini Dostuyev Taleh Sabir oğlu döş qəfəsi nayihəsindən kəsici alətlə kəsik-deşik xəsarəti alıb.

Onunla münaqişəyə girən 1986-cı il təvəllüdlü Tərtər rayon sakini Hüseynov Pərviz Mirağa oğlunun isə başının sağ gicgah nayihəsi çapılıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Davanın hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
302
2
milli.az

10Mənbələr