![Biləsuvarda](https://azertag.az/files/2024/2/1200x630/171479699948755191_1200x630.jpeg)
Bakı, 4 may, AZƏRTAC
Biləsuvar rayonunda kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 2 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan, ümumilikdə, 35 ədəd kəsici-deşici alət aşkar olunaraq götürülüb.
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar aparılır.