AZ

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Biləsuvar rayonunda kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

525.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 2 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan, ümumilikdə, 35 ədəd kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar aparılır.























Bizi Facebookda izləyin

Seçilən
167
5
1

1Mənbələr

Şərh ()
Bağla