AZ

Ağdamda iki avtomobil toqquşub, ölən və yaralananlar var

Ağdamda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, hadisə Ağdam rayonu, Quzanlı-Xındırıstan avtomobil yolunun Ağdam rayon, Quzanlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Ağdam rayon sakini Əliyev Vidadi Hüseyn oğlunun idarə etdiyi "Vaz 2106" markalı avtomobillə 2001-ci il təvəllüdlü Ağdam rayon sakini Rüstəmov Rövşən Elşən oğlunun idarə etdiyi "Mercedes Benz" markalı avtomobilin toqquşub.

Nəticədə "Vaz 2106" markalı avtomobildə sərnişin olan 1997-ci il təvəllüdlü Zeynallı Zülfiyyə Valeh qızı aldığı xəsarətlərin təsirindən hadisə yerində ölüb. Həmçinin həmin avtomobildə olan digər sərnişinlər 1992-ci təvəllüdlü Səfərli Türkan Hikmət qızı, 1998-ci il təvəllüdlü Qəribli Nüyvər Zaur qızı, 1991-ci il təvəllüdlü Quliyeva Pərvanə Qüdrət qızı, 2023-cü il təvəllüdlü Əliyev Fatih Xaliq oğlu və "Vaz 2106" markalı avtomobilin sürücüsü Əliyev Vidadi Hüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

OrxanRasifoğlu

Seçilən
54
50
Mənbələr
Şərh ()
Bağla