![Çempionlar](https://azertag.az/files/2024/2/1200x630/17146165352696228996_1200x630.jpg)
Bakı, 2 may, AZƏRTAC
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin son oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Borussiya Dortmund" Almaniyada Fransa təmsilçisi PSJ-ni qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 36-cı dəqiqədə Niklas Füllkruq vurub. Komandalar arasında cavab oyunu mayın 7-də keçiriləcək.
Qeyd edək ki, yarımfinal mərhələsində baş tutan birinci oyunda "Bavariya" və "Real Madrid" qollu heç-heçə edib - 2:2.