AZ

“Borussiya Dortmund” PSJ-ni məğlub etdi - VİDEO

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin son oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, "Borussiya Dortmund" Almaniyada Fransa təmsilçisi PSJ-ni qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 36-cı dəqiqədə Niklas Füllkruq vurub. Komandalar arasında cavab oyunu mayın 7-də keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsində baş tutan birinci oyunda "Bavariya" və "Real Madrid" qollu heç-heçə edib - 2:2.
 

 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
3
bizim.media

5Mənbələr