AZ

Çempionlar Liqası: “Borussiya Dortmund” Fransaya bir top fərqli üstünlüklə yollanacaq

Çempionlar

Bakı, 2 may, AZƏRTAC

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin son oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Borussiya Dortmund" Almaniyada Fransa təmsilçisi PSJ-ni qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 36-cı dəqiqədə Niklas Füllkruq vurub. Komandalar arasında cavab oyunu mayın 7-də keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsində baş tutan birinci oyunda "Bavariya" və "Real Madrid" qollu heç-heçə edib - 2:2.

Seçilən
131
3
Mənbələr
Şərh ()
Bağla