AZ

Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB

“Qarabağ”ın futbolçusu Abdullah Zubir xarici klublardan birinə keçmək ehtimalına münasibət bildirib.

32 yaşlı yarımmüdafiəçi İdman.bizə açıqlamasında son zamanlar Fransa mətbuatında adının bir sıra xarici klublarla yanaşı hallanması haqda danışmaq istəməyib.

O bildirib ki, bu haqda danışmaq üçün mövsümün sonunu gözləmək lazımdır: “Bu barədə danışmaq düzgün olmaz. Fikrimcə, heç bir futbolçu mövsümün gedişində bu barədə danışmaq istəməz. Hansısa bir klubun dəvəti barədə mövzuya fikir bildirmək istəmirəm”.

Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”da çıxış edən Zubirin müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Ağdam klubu ona iki illik yeni anlaşma təklif etməyi planlaşdırır.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
2
idman.biz

3Mənbələr