Bakı. Trend:
“Qarabağ”ın futbolçusu Abdullah Zubir xarici klublardan birinəkeçmək ehtimalına münasibət bildirib.
Trend xəbər verir ki, 32yaşlı yarımmüdafiəçi İdman.biz-ə açıqlamasında son zamanlar Fransamətbuatında adının bir sıra xarici klublarla yanaşı hallanmasıhaqda danışmaq istəməyib.
O bildirib ki, bu haqda danışmaq üçün mövsümün sonunu gözləməklazımdır: “Bu barədə danışmaq düzgün olmaz. Fikrimcə, heç birfutbolçu mövsümün gedişində bu barədə danışmaq istəməz. Hansısa birklubun dəvəti barədə mövzuya fikir bildirmək istəmirəm”.
Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”da çıxış edən Zubirinmüqaviləsi cari mövsümün sonunda başa çatacaq. Ağdam klubu ona ikiillik yeni anlaşma təklif etməyi planlaşdırır.