AZ

Həmin oyunu yenidən oynamaq istəyir: Bizə bir gün də vaxt verilsəydi...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Futbol karyerasını başa vuran italiyalı sabiq qapıçı Canluici Buffon keçmişi xatırlayaraq hansı oyunu təkrar keçirmək istədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, söhbət 2012-ci il Avropa çempionatının İtaliya və İspaniya milliləri arasında keçirilən final oyunundan gedir:

“Karyeramda hər hansı bir oyunu təkrar oynaya bilsəm, bu, 2012-ci ildə İspaniyaya qarşı Avropa çempionatının finalı olardı. Bu nəticəyə layiq deyildik, yorğun oynadıq. Heç vaxt bəhanə axtarmıram, amma dözülməz psixofiziki şəraitdə oyunu keçirdik.

Bizə bir gün də istirahət verilsəydi, başqa cür oynaya bilərdik. Sonda İspaniyaya qarşı heç nə edə bilmədik. Baxmayaraq ki, onları qrup mərhələsində dayandıran yeganə komanda biz idik”.

Seçilən
46
2
Mənbələr
Şərh ()
Bağla