AZ

Buffon 12 il əvvələ qayıtmaq istəyir

style='margin-bottom:10px;'>

İtaliya millisinin keçmiş üzvü, əfsanəvi qapıçı Canluici Buffon karyerasının ən unudulmaz matçını xatırlayıb.

QOL.az "La Republica"ya istinadən xəbər verir ki, 46 yaşlı sabiq qolkiper 2012-ci il Avropa çempionatının İtaliya - İspaniya final görüşünü təkrar oynamaq istədiyini deyib: 

“Karyeramda hər hansı bir oyunu təkrar oynaya bilsəm, bu, 2012-ci ildə İspaniyaya qarşı Avropa çempionatının finalı olardı. Biz məğlubiyyətə layiq deyildik. Yorğun idik. Heç vaxt məğlubiyyətə bəhanə axtarmıram, amma dözülməz psixofiziki şəraitdə oyunu keçirdik. Bizə bir gün də istirahət verilsəydi, başqa cür oynaya bilərdik. İspaniyaya qarşı heç nə edə bilmədik. Amma qrup mərhələsində onlara uduzmayan yeganə komanda biz idik”.

Qeyd edək ki, Ukrayna və Polşanın ev sahibliyi etdiyi Avro-2012-nin finalında İtaliya İspaniyaya 0:4 hesabı ilə uduzub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
2
teleqraf.com

3Mənbələr