AZ

Azərbaycan sülhə, yumşaq gücə önəm verir - BMT Baş katibinin müavini

Azərbaycan sülhə, yumşaq gücə önəm verir. SİA xəbər verir ki, bunu BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

O, Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə təşəbbüsünə görə minnətdarlığını bildirib.

A.Zuyev vurğulayıb ki, BMT-nin sülhməramlı əməliyyatlar üzrə fəaliyyət göstərən təsisatının foruma dəvət edilməsi müsbət haldır:

"İnanıram ki, forum beynəlxalq sülhü və əmin-amanlığı təşviq edəcək. Çünki dünyada münaqişələr artır, biz də neqativ tendensiyaların artmasından narahatıq. Ona görə də bizə çoxşaxəli mexanizmlər lazımdır. İctimai etimadı multiliteralizmə uyğun olaraq artırmağa çalışırıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
Mənbələr
Şərh ()
Bağla