AZ

Yaz ayalardında melanxolik əhval-ruhiyyə depressiya əlaməti ola bilər

Bir insanın melanxolik əhval-ruhiyyəsi və laqeydliyi bir aydan çox davam edərsə, bu, artıq klinik depressiyanın əlamətidir.

Aztibb.az “Medzdrav İnfo”ya istinadən xəbər verir ki, bu sözləri praktik psixoloq-addiktoloq Mixail Xors bildirib.

Mütəxəssisin fikrincə, pis əhval-ruhiyyədə parkda gəzinti və ya idmanla məşğul olmaq kömək etmirsə, buna həm də depressiya demək olar.

Qeyd olunur ki, yaz dövründə bir insan kəskinləşmə dövrlərini yaşayır və ilin bu vaxtında insanın müstəsna yaxşı əhval-ruhiyyədə olması həssas dönəm sayılır. İnsan hətta pis əhval-ruhiyyədə olduğuna görə əsəbiləşə bilər, ona görə də o, özünü bundan qadağan etməyə başlayır və bu cür qadağalar klinik depressiyaya gətirir.

Bu vəziyyətdən necə çıxmaq olar? Bunu etiraf etmək və qısa müddətdə depressiyadan çıxa biləcəyinizi qəbul etmək tez nəticə verə bilər.

Depressiyaya düşən insan şən musiqilər dinləməlidir, təbiət qoynunda olmalıdır, açıq havada olmalıdır, dostları ilə yeni məkanlarda zaman keçirməlidir, idmanla məşğul olmalıdır, sosiallaşmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
4
Mənbələr
Şərh ()
Bağla