AZ

“Qarabağ” irəliləyib, “Neftçi” geriləyib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 293 xalla siyahıda 64-cüdür. Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə 1 addım irəliləyiblər.

"Neftçi" 27 xalla 243-cüdür. Bakılılar 3 addım geriləyib.

"Sabah" 20 xalla 264-cü pillədədir. Paytaxt təmsilçisi 2 pillə geriləyib. 5 xalla 369-cu yerdə olan "Qəbələ" 7 pillə aşağı düşüb.

Qeyd edək ki, siyahıya 2561 xala malik "Real" başçılıq edir.

Seçilən
123
5
Mənbələr
Şərh ()
Bağla