AZ

“Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 293 xalla siyahıda 64-cüdür. Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə 1 addım irəliləyiblər.

"Neftçi" 27 xalla 243-cüdür. Bakılılar 3 addım geriləyib.

"Sabah" 20 xalla 264-cü pillədədir. Paytaxt təmsilçisi 2 pillə geriləyib. 5 xalla 369-cu yerdə olan "Qəbələ" 7 pillə aşağı düşüb.

Qeyd edək ki, siyahıya 2561 xala malik "Real" başçılıq edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
5
milli.az

7Mənbələr