AZ

Musa Qurbanlı oynadı, “Yurqorden” QAİS-ə qalib gəldi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı forvard bu gün İsveç çempionatının 2024-cü il mövsümünün 6-cı turu çərçivəsində baş tutan QAİS-lə oyunun iştirakçısı olub.

“Yurqorden” sözügedən rəqiblə doğma meydanda qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.

Musa bu görüşün 80-ci dəqiqəsində meydana buraxılıb.

“Yurqorden” bu nəticədən sonra 10 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı 2023-cü ilin iyul ayında “Qarabağ”dan 500 min avro müqabilində “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 21 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
19
3
Mənbələr
Şərh ()
Bağla