AZ

Musa Qurbanlının komandası AİK-ə məğlub oldu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının komandası “Yurqorden” İsveç çempioatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda 2024-cü il mövsümünün 4-cü turu çərçivəsində bu gün AİK-lə qarşılaşıb.

“Yurqorden” sözügedən rəqiblə səfərdə qarşılaşıb və 2 cavabsız qola üzülüb – 0:2.

Azərbaycanlı futbolçu bu görüşün iştirakçısı olmayıb. Musa Qurbanlının adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, milli komandamızın üzvü İsveç çempionatının cari mövsümünün ilk dörd matçının cəmi birində meydana çıxıb.

“Yurqorden” bu nəticədən sonra 7 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı 2023-cü ilin iyul ayında “Qarabağ”dan 500 min avro müqabilində “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 20 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
4
arena.az

10Mənbələr