AZ

Vüsal İsgəndərli “Altay”a qarşı 10 dəqiqə oynadı - Video

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 32-ci turu çərçivəsində baş tutan lider “Altay”la oyunun iştirakçısı olub.

“Boluspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:1. Bu, Bolu təmsilçisinin cari mövsümdəki 14-cü qələbəsidir. Futbolçumuzun komandası digər oyunlarda 18 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

İsgəndərli bu oyunun 80-ci dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 13 matça çıxıb.

“Boluspor” 32 turdan sonra 50 xalla 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Seçilən
9
4
Mənbələr
Şərh ()
Bağla