AZ

Vüsal İsgəndərli oynamadı, “Boluspor” “Gənclərbirliyi”nə uduzdu

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 28-ci turu çərçivəsində “Gənclərbirliyi” ilə qarşılaşıb.

“Boluspor” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Bu, Bolu təmsilçisinin cari mövsümdəki 9-cu məğlubiyyətidir. Futbolçumuzun komandası digər oyunlarda 12 qələbə qazanıb və 7 heç-heçə edib.

İsgəndərli bu oyunun iştirakçısı olmayıb. Millimizin heyətindən zədəli qayıdan azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 9 matça çıxıb.

28 turdan sonra “Boluspor” 43 xalla 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
4
arena.az

6Mənbələr