AZ

Vüsal İsgəndərli üçün 20 dəqiqə və 1 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 27-ci turu çərçivəsində baş tutan “Bodrumspor”la oyunun iştirakçısı olub.

“Boluspor” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Bu, Bolu təmsilçisinin cari mövsümdəki 7-ci heç-heçəsidir. Futbolçumuzun komandası digər oyunlarda 12 qələbə qazanıb, 8 məğlubiyyətə üzülüb.

İsgəndərli bu oyunun 70-ci dəqiqəsində, hesab 1:1 olarkən meydana buraxılıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 9 matça çıxıb.

27 turdan sonra “Boluspor” 43 xalla 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
2
arena.az

6Mənbələr