AZ

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

Ukrayna

Kiyev, 28 aprel, AZƏRTAC

Ukrayna hərbçiləri Donetsk vilayətinin Berdıçi, Semenovka və Novomixailovka yaşayış məntəqələrindən qərbə doğru geri çəkilib. Bu, şəxsi heyətin həyatını xilas etmək üçün edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski teleqram kanalında bildirib.

O qeyd edib ki, rus qoşunları Avdeyev və Marinkanın qərbində hücum xəttini inkişaf etdirməyə çalışır. Onların məqsədi Donetsk vilayətində Pokrovsk və Kuraxovoya daxil olmaqdır. Sırski vurğulayıb ki, ruslar bu ərazilərdə müəyyən taktiki uğurlar əldə etsələr də, əməliyyat üstünlüyünə malik deyillər.

“Ukrayna qoşunları həm şəxsi heyətlə, həm də hərbi texnika ilə düşmənə maksimum itki verir”, - deyə Sırski bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
66
38
Mənbələr
Şərh ()
Bağla