AZ

Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir

Tarix: 3 May 2024 07:20

Donetsk vilayətinin şərqində düşmənə zərbələr endirən ukraynalı artilleriyaçılar son həftələrdə rus ordusunun yavaş, lakin əminliklə irəlilədiyini müşahidə edirlər. Ukrayna Silahlı Qüvvələri işğalçıları dayandırmaq üçün daha çox iş görmək istərdi, lakin onların Rusiyanın hücumlarını dəf etmək üçün lazım olan mərmiləri yoxdur.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun 148-ci əlahiddə artilleriya briqadasının komandiri Aleksander Kozaçenko "Röyters"ə müsahibəsində deyib.
"Əgər müharibənin başlanğıcı müqayisə etsək, o zaman biz günə 100-ə qədər mərmi atırdıqsa, indi 30 mərmi buraxırıq və bu, "lüks" hesab edilir", - deyə o bildirib.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
5
Mənbələr
Şərh ()
Bağla